Kopiraytinq

Kopiraytinq — ingilis sözü olub (copy — əl yazısı, write — yazmaq) mənası reklam və ya təqdimat mətnlərinin yazılması üzrə peşəkar fəaliyyət növü.[1] Bu fəaliyyt növü ilə məşğul olan şəxslər kopirayter adlanır. Daha çox texnologiya və ticarət sahələrinə yönələn kopiraytinq fəaliyyəti təqdimat və ya məlumatlandırıcı xüsusiyyətlərə sahibdir və əsas məqsədi müştəri cəlb etməkdir.[2] Mətnlər potensial alıcıları məhsul və ya xidmətləri əldə etmək üçün təşviq etməlidir. Kopiraytinqdə aydın və qısa mesaj, emosional müraciət, unikal bildiriş tonu, diqqət çəkən başlıqlar, hərəkətə çağırış və s. kimi üsullardan geniş istifadə olunur.[3]

  1. "https://banco.az - Copywriting (Kopiraytinq) nədir? İstifadə tarixi: 09.03.2024". 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.
  2. "https://btm.istanbul - Copywriter nedir? Ne Anlama Gelir? İstifadə tarixi:10.03.2024". 2024-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-10.
  3. "https://www.trenders.team/ - Kopiraytinq dünyasına səyahət edin. İstifadə tarixi: 09.03.2024". 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-08.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search